Uluslararası Demokratlar Birliği (UID) Azərbaycan təmsilçiliyi Bakıda Birlik və qardaşlıq iftar məclisi keçirib

12.03.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

12 Mart tarixində Bağçalı Saray restoranında Beynəlxalq Demokratlar Birliyi (UID) Azərbaycan təmsilçiliyinin təşkilatçılığıyla "Birlik və qardaşlıq" iftar məclisi keçirilib.

Bizimyol.info xəbər verir ki, Beynəlxalq Demokratlar Birliyi (UlD) Azərbaycan təmsilçiliyinin təşkilatçılığıyla keçirilən "Birlik və qardaşlıq" iftar məclisinin açılışında imam tərəfindən İslam dininin müqəddəs kitabı Quran-i Kərimdən dualar səsləndirilib.

İftar məclisi Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık açılış nitqi ilə davam edib. Qonaqları salamlayan müşavir, İslam dininin Ramazan ayı və oruc tutmaqla bağlı şərtlərindən danışıb. İhsan Açık, Ramazan ayında xüsusilə tələb olunan davranışlardan bəhs edib: "Səbr, vaxt keçirmək deyil. Səbr vaxtı ən gözəl dəyərləndirməyin önəmini göstərir. Allah bizi səbrlilərdən etsin".

Açılış nitqinin ardınca UID Azərbaycan tərəfindən müqəddəs Ramazan ayına özəl hazırlanmış tanıtım videosu göstərilib. Video nümayişinin davamında imam tərəfindən dualar və əzan səsləndirilib, iftara keçid olunub.

Orxan, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью