Ülvi Hüseynov: “Heç vaxt, heç nə imkansız deyil” VİDEO

06.11.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gənclər və İdman Nazirliyi “İdmançılarımızı tanıyaq” rubrikasının növbəti buraxılışını badmintonçu Ülvi Hüseynova həsr edib.

İdman.Biz xəbər verir ki, yayımlanan videomaterialda idmançı karyerası, qazandığı təcrübə və gələcək hədəfləri barədə danışıb.

Ən böyük arzusunun Olimpiya Oyunlarında qalib gəlmək olduğunu bildirən gənc badmintonçu yarışlar zamanı başına gələn maraqlı hadisələri də izləyicilərlə bölüşüb.

Beynəlxalq turnirlərin mükafatçısı olan Hüseynov bu il Bakıda keçirilən “Azerbaijan Junior Open” yarışında Əmirxan İmanovla birlikdə qoşa yarışda qalib gəlib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью