Ülvi İsgəndərov: Qarşıdakı matç ən çətin oyunlardan biri olacaq Müsahibə | Icma.az
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Araz-Naxçıvan"ın hücumçusu Ülvi İsgəndərov apasport.az saytına müsahibə verib.
- "Araz-Naxçıvan" ölkə kubokunda "Mingəçevir"ə qalib gələrək növbəti mərhələyə adlayıb. Demək olar ki, bu sezon ən asan oyununuz oldu?
- Belə oyunlar daha çox az oynayan futbolçular üçün praktika baxımından yaxşıdır. Matç da yaxşı alındı. Sonda da qalib gəldik.
Layiqli qələbə qazandığımızı düşünürük. - Oyuna qolla başlamağınız hesabın böyük olacağına işarə edirdi, amma alınmadı...
- Bu cür matçlara köklənmək bir az çətindir. Bir oyundan ibarət oyunlar həmişə təhlükəlidir. Ona görə də matça yaxşı fokuslanmalısan.
Biz də bunu etdik. Şadam ki, qələbə qazandıq. Əsas odur ki, növbəti mərhələdəyik.
- Qol fürsətlərindən lazımınca istifadə etdiyini düşünürsən? - Məncə, düşən fürsətlərdən maksimum yararlandım.
Tam oxu
Xəbəri oxu