Статья не опубликована
Ülvi Məmmədov Avropa çempionatında ölkəmizi təmsil edəcək | Icma.az

Ülvi Məmmədov Avropa çempionatında ölkəmizi təmsil edəcək

21.04.2025

Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq Şotokan Karate-do Federasiyasının yığma komandasının üzvü Ülvi Məmmədov 15-18 may 2025-ci ildə Rumıniyada keçiriləcək 15-ci WSF üzrə Avropa çempionatında böyüklər arasında 84+ kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək.

AzNews.az xəbər verir ki, mötəbər yarışa Ülvi Məmmədov Beynəlxalq Şotokan Karate-do Federasiyasının məşqçisi Elnur Əliyevin rəhbərliyi altında qatılacaq.

Qeyd edək ki, Ülvi Məmmədov bir il öncə ağır əməliyyat keçirmişdi. Hazırda isə İstanbul şəhərində Yaser Şahin Tekinin rəhbərliyi altında təlim-məşq toplantılarını davam etdirir.

Ülvi Məmmədovun idman nailiyyətləri çoxdur. O, 2021-ci ilin oktyabrında Polşanın Katovis şəhərində keçirilən fudokan üzrə 25-ci Avropa çempionatında komanda döyüşlərində bürünc medal, həmin ilin noyabrında Türkiyədə keçirilən WSF üzrə dünya çempionatında gümüş medal, 2022-ci ildə isə Qırğızıstanda keçirilən Açıq Asiya çempionatında gümüş medal qazanmışdı. Ötən il isə Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının təşkil etdiyi 12-ci dünya çempionatında Ülvi Məmmədov dünya çempionu tituluna yiyələnmişdi.

İdmançımıza Avropa çempionatında uğurlar arzulayırıq!

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью