Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanlı karateçi Ülvi Məmmədov Şotokan karate üzrə keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək.
“Qafqazinfo” xəbər verir ki, yarış Türkiyənin İstanbul şəhərində aprelin 24-dən 26-dək təşkil olunacaq. Ülvi Məmmədov böyüklər arasında +84 kq çəki dərəcəsində tatamiyə çıxacaq.
Azərbaycan nümayəndə heyətinin tərkibində digər komanda üzvləri də yer alacaq və onlar müxtəlif çəki dərəcələrində çıxış edəcəklər.
Hazırda komandamız yarışa hazırlıq prosesini davam etdirir.