Ülvi Quliyevdən ilk AÇIQLAMA

16.09.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb:

“Yüksək təltifə və ali diqqətinizə görə dərin minnətdarlığımı qəbul etmənizi xahiş edirəm. Bu təltif mənim üçün çox dəyərli və qürurvericidir, çünki Sərəncamda Sizin - çoxəsrlik tariximizin görkəmli dövlət xadiminin, Müzəffər Ali Baş Komandanın imzası dayanır.

Hörmətli cənab Prezident,

Azərbaycanın idman ölkəsi kimi tanınmasında Sizin müstəsna xidmətləriniz danılmazdır. Yeniyetmə və gənclərin bədən tərbiyəsinə və peşəkar idmana ilbəil artan marağının təməlində Sizin həyata keçirdiyiniz ardıcıl dövlət siyasəti dayanır. İdmanın istər fərdi, istərsə də komanda növlərində böyük uğurların əldə olunmasında idmançılara göstərilən dövlət qayğısının əhəmiyyəti inkarolunmazdır. Onlardan biri kimi bənzərsiz diqqət və qayğını idman həyatımda mən də yaşamışam.

Möhtərəm cənab Prezident,

Peşəkar idmanla bağlı fəaliyyətimin ardınca ictimai-siyasi fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə bir daha Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Bilirəm ki, haqqımda imzaladığınız Sərəncam qürurverici olduğu qədər üzərimə həm də böyük məsuliyyət qoyur. Sizi əmin edirəm ki, göstərdiyiniz ali diqqəti əməli fəaliyyətimdə doğrultmaq üçün səy və bacarığımı əsirgəməyəcəyəm”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 16-da imzaladığı sərəncamla Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif olunub.  O, Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif edilib.  

Xatırladaq ki, Ülvi Zahid oğlu Quliyev 1966-cı il sentyabrın 17-də Bakı şəhərində anadan olub. Milli Məclisin III, IV, V, VI və VII çağırış deputatı seçilib. Sabah onun 60 illik yubileyidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью