Ülviyyə Hüseynova: Bakıdakı Səudiyyə Ərəbistanı Mərkəzi yeni layihələr hazırlayır | Icma.a…
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru Abdulla Əl-Vaşmi Azərbaycana səfəri çərçivəsində Bakı Avrasiya Universitetinin nəzdindəki Səudiyyə Ərəbistanı Mərkəzində olub.
“Report” xəbər verir ki, Mərkəzin direktoru, dosent Ülviyyə Hüseynova qonaqlara onun fəaliyyəti barədə məlumat verib.
Onun sözlərinə görə, son illər Azərbaycanda ərəb dilinin öyrənilməsinə marağın artdığı müşahidə olunur.
Ü.Hüseynova qeyd edib ki, Mərkəz Bakıdakı ərəbdilli səfirliklərlə fəal əməkdaşlıq edir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu