Icma.az, Axsham.az saytına istinadən bildirir. "Mən gözələm və ya çirkinəm.Nə gündəyəm və ya nəyə oxşayıram? Təbii və ya süniyəm?
Əməliyyatım uğursuz olub? çirkinləşmişəm. Və ya burnum əyridi, qaşım əyridi? Azadlıq istəmişəm və ya başqa səbəb? Pis və ya yaxşı anayam.
Kimə nə?". Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyova sosial şəbəkədə yazıb.
O, ünvanına tənqid yazanlara cavab belə cavab verib: "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz.
Bir ucdan bilən də, bilməyən də açıb ağzını, yumub gözünü! Mən beləyəm. Bəyənmirsən izləmə! İblis kimi insanı yeyib bitirməyin.
Pul deyiləm hamı sevsin! Bu qədər aqresiyanızın, kin və nifrətinizin səbəbini də anlamıram.
Şeytan xislətli qadınları hardasa anlamağa çalışıram. Amma üzü kişi olub xarakteri, bazar arvadından fərqlənməyən kişilərin dərdi nədir məni
Məni niyə gözümçıxdıya salmısız? Kimə pisliyim dəyib? Nəyə oxşayıramsa oxşayım. Mən bilərəm! Əməliyyat etmişəm, yaxşı eləmişəm.