Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Aktrisa Uma Turmanın Kventin Tarantinonun "Kriminal qiraət" ("Pulp Fiction") filmində geyindiyi ağ köynək və qara şalvar hərraca çıxarılıb.
Axşam.az xəbər verir ki, bu barədə "Vogue" məlumat yayıb.
Bildirilib ki, hərrac avqustun 26-da Los-Ancelesdəki Petersen Avtomobil Muzeyində keçiriləcək. Geyimin 15-30 min dollar arasında satılacağı gözlənilir.
Məlumata görə, kostyum 1994-cü ildən onu saxlayan çəkiliş qrupunun üzvlərindən biri tərəfindən hərraca təqdim edilib. Mütəxəssislər geyimin orijinal olduğunu təsdiqləyiblər. Belə ki, köynəyin iç hissəsində mağazada satılan versiyada olmayan xüsusi rezin əlavəsi aşkarlanıb.
Propstore hərrac evi isə bildirib ki, bu geyim 90-cı illərin sadə, rahat və özünəməxsus üslubunu əks etdirir və Uma Turmanın canlandırdığı Mia Uolles obrazının simvollarından biri hesab olunur.