Umar Nurməhəmədov Mario Bautista ilə döyüşdə yıxılmasının səbəbini izah edib

26.10.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

29 yaşlı rusiyalı MMA döyüşçüsü Umar Nurməhəmədov UFC 321 turnirində amerikalı Mario Bautista ilə qarşılaşma zamanı yaşadığı yıxılma epizoduna aydınlıq gətirib.

İdman.Biz xəbər verir ki, o, bu barədə döyüşdən sonrakı mətbuat konfransında bildirib.

Nurməhəmədov vurğulayıb ki, bu, onda olan çox pis vərdişdi: “Bu, məndə olan bir səhvdir, həmişə irəli əyilirəm. Bunu çox dəfə etmişəm və məşqçilər, o cümlədən Həbib də mənə daim deyirlər ki, belə etmə, bu vərdişi tərgitməlisən. Bu gün bunun əvəzini ödədim. Təbii ki, biz mükəmməl deyilik”.

Yıxılma anına baxmayaraq, Umar döyüşü hakimlərin yekdil qərarı ilə (30–27, 30–27, 30–27) qazanıb. Onun peşəkar karyerasında 19 qələbə və 1 məğlubiyyət var, bunlardan 7 qələbə və 1 məğlubiyyət UFC döyüşlərinə təsadüf edir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью