Umar Nurməhəmmədov həmkarının Maddalenoya qarşı döyüşü barədə danışdı

18.10.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Rusiyalı MMA döyüşçüsü Umar Nurməhəmmədov həmyerlisi, keçmiş UFC çempionu İslam Maxaçevin Jack Della Maddaleno ilə qarşıdakı döyüşə hazırlığından danışıb.

İdman.Biz xəbər verir ki, o, bir neçə taktiki planla hazırlaşdığını bildirib.

Onun sözlərinə görə, Maxaçev hər zaman bir yox, bir neçə strategiya üzərində işləyir:

“İslamı uzun illərdir tanıyıram. O, heç vaxt bir planla qane olmur. Hər vəziyyət üçün fərqli ssenariləri var. Hər şeyə hazırdır”.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью