futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sabah” Çempionlar Liqasının II turunda “Slaviya”nı məğlub edib – 2:0.
Futbolpress.az xəbər verir ki, görüşdən sonra “bayquşlar”ın yarımmüdafiəçisi Umarali Rahmonaliyev jurnalistlərin suallarını cavablandırdı:
– Bizim üçün vacib qələbə oldu. Allaha şükürlər olsun. Bu qarşılaşmanı səbirsizliklə gözləyirdik. Bakıda oynadığımız üçün qələbə arzulayırdıq. Matç bir az çətin oldu, rəqib aqressiv oynayırdı. Amma onları təhlil etmişdik və hazır idik.
– Futbol komanda oyunudur, amma özünüz də bu gün qol vurmaq istərdiniz?
– Mənim üçün vacib komandanın qələbəsidir. Qol vursam və komandam məğlub olsa, bu, mənə pis təsir edər.
– Növbəti oyun haqqında nə düşünürsünüz?
– Rəqibi təhlil edəcəyəik. Oyuna güclü hazırlaşıb, yaxşı nəticə qazanmağa çalışacağıq.
– Turnirdə nə qədər xal toplayacağınızı fikirləşirsiniz?
– Proqnoz verməyi xoşlamıram. Onu bilirəm ki, 100 yox, 200 faiz gücümüzü qoyacağıq.
Şahin Cəfərov