Umarali Raxmonaliyev “Barselona” ilə oyun öncəsi: “Meydana uğurlu nəticə üçün çıxacağıq” VİDEO

24.11.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda İspaniyanın “Barselona” klubuna qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edən futbolçu komandasına inandığını vurğulayıb.

“Mənim üçün burada Özbəkistandan gələn jurnalistləri görmək sevindirici haldır. Sabah çox maraqlı görüş olacaq. Özümüzə inanırıq. Ümid edirəm ki, azarkeşlər bizi sonadək dəstəkləyəcəklər. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Meydana uğurlu nəticə üçün çıxacağıq”, - deyə Raxmonaliyev qeyd edib.

Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması saat 21:45-də başlayacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью