Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Rəxmonaliyev öz ölkəsinin futbol tarixində vacib uğuru imza ata bilər.
Futbolpress.az xəbər verir ki, “futuristlər”in legioneri “Mançester Yunayted”ə qarşı keçiriləcək səfər matçında şans qazanacağı təqdirdə, məşhur “Old Trafford” stadionunda meydana çıxan 3-cü özbəkistanlı futbolçu olacaq. Bu arenada daha əvvəl Maksim Şatskix və Abdukodir Xusanov da çıxış ediblər.
Sentyabrın 10-da keçiriləcək “Mançester Yunayted” – “Sabah” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.