Umaru Sisoku Embalonun Bakıda rəsmi qarşılanma mərasimi olub

27.02.2025

Icma.az bildirir, Ayna portalına istinadən.

Prezident İlham Əliyev Qvineya-Bisau Prezidentini qarşılayıb

Azərbaycanda rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

AYNA.AZ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau Prezidentinə raport verib.

Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçiblər.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью