Umerov ABŞ la görüş barədə paylaşımı sildi

30.11.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Ukrayna nümayəndə heyətinin ABŞ administrasiyası ilə görüşünün başlanması barədə paylaşımını Teleqram kanalından silib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, silinmiş paylaşım Ukrayna nümayəndə heyətinin ABŞ-da Donald Tramp administrasiyasının təmsilçiləri ilə Ukrayna böhranının nizamlanması məsələsi üzrə görüşə başlamasına dair idi. Lakin Umerov bu addımın səbəbləri ilə bağlı heç bir açıqlama verməyib.

Bundan əlavə, onun Feysbuk və X hesablarında da paylaşımın silinməsinə dair izah yer almayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью