Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq. Davosda Ukrayna nümayəndə heyəti ABŞ prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və S
Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rustem Umerov məlumat verib.
“Amerikalı tərəfdaşlarımız – Cared Kuşner və Stiv Vitkoffla ayrıca görüş baş tutdu”, – deyə Umerov bildirib.
Onun sözlərinə görə, danışıqlarda əsas mövzular iqtisadi inkişaf, müharibədən sonrakı bərpa prosesi və Ukrayna üçün təhlükəsizlik zəmanətləri olub.
“Partnyorları Rusiyanın mülki infrastruktura növbəti hücumları barədə məlumatlandırdıq.
Xüsusilə Kiyevdəki vəziyyəti – zərbələr nəticəsində milyonlarla insan işıqsız və istiliksiz qaldığını qeyd etdik”, – deyə Umerov vurğulayıb.
MTMŞ katibi əlavə edib ki, müharibədən sonra Ukraynanın bərpası planlarında iştirak edən ABŞ-ın ən böyük investisiya şirkətlərindən birinin nümayəndələri ilə də görüş keçirilib.
O qeyd edib ki, "BlackRock" investisiya şirkətinin təmsilçiləri ilə keçirilən görüşdə David Araxamiya və Aleksandr Kamişin də iştirak ediblər.