GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Əbu-Dabidə danışıqlar aparan ABŞ, Rusiya və Ukrayna rəsmiləri Ukraynadakı müharibənin sona çatması üçün parametrləri və danışıqlar prosesinin gələcək məntiqini müzakirə etdilər”.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov deyib.
“Kirill Budanov, David Araxamiya və Sergey Kislitsa ilə birlikdə Ukrayna, ABŞ və Rusiya üçtərəfli görüşündə iştirak etdik. ABŞ-ın vasitəçiliyini yüksək qiymətləndiririk”, – siyasətçi bildirib.
Onun sözlərinə görə, ABŞ nümayəndə heyətinə prezidentin xüsusi elçisi Stiv Uitkov, Cared Kuşner, Coş Qruenbaum, general Daniel Driskoll və general Aleks Qrinkeviç daxil olub. Rusiya nümayəndə heyətini isə hərbi kəşfiyyat və ordunun nümayəndələri təmsil edib.
“Görüşdə müharibəyə son qoymaq üçün parametrlər, layiqli və davamlı sülhə doğru irəliləmək məqsədilə danışıqlar prosesinin gələcək məntiqi müzakirə olundu. Sabah yenə görüş olacaq. Ukrayna nümayəndə heyətinə sabah Baş Qərargah rəisi general Andrey Qnatov və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini general-leytenant Vadim Skibitski də qoşulacaq”, – Umerov əlavə edib.