Umerov Əbu Dabidə danışıqların ikinci gününün necə keçəcəyinə aydınlıq gətirib

11.11.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov Əbu-Dabidə danışıqların ikinci gününün necə keçəcəyinə aydınlıq gətirib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Umerov üçtərəfli görüşdən sonra Ukrayna nümayəndə heyətinin avropalılarla ayrıca görüşəcəyini bildirib.

"Əvvəlcə ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli görüş olacaq. Bundan sonra Avropa tərəfdaşları ilə ayrıca görüş keçiriləcək. Biz bunun üzərində işləyirik", - Umerov Telegram-da yazıb.

Rusiya nümayəndə heyəti isə danışıqlardan sonra mətbuat üçün açıqlama verməyi planlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью