Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.
İstanbulda Rusiya ilə keçirilən danışıqların üçüncü raundunun yekunları üzrə Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov danışıb.
Reyting.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
R. Umerov deyib ki, Ukrayna atəşkəsə və danışıqların başlanmasına hazırdır: “Amma bu, həqiqi atəşkəs olmalıdır”.
Qeyd edək ki, Moskva əvvəllər Kiyevin bu cür çağırışlarını onun ordusunu yenidən silahlandırmaq imkanı əldə etmək cəhdi kimi qəbul etsə də, Kiyev tam atəşkəsdə israrlı olduğunu bildirib.
E. KAMAL