Umerov Uitkoffdan hesabat alacaq Mühüm görüş

04.12.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDMŞ) katibi Rustem Umerov dekabrın 4-də ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla görüşmək üçün ABŞ-a gedəcək.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın Vaşinqtondakı səfiri Olha Stefanişina deyib.

“Yalnız görüşdən sonra danışıqların gedişi ilə bağlı hər hansı nəticə çıxara bilərik”, – o bildirib.

Diplomatın sözlərinə görə, tərəflər Uitkoffun Moskvada Prezident Vladimir Putinlə görüşünün nəticələrini müzakirə etməlidirlər.

O, həmçinin bildirib ki, danışıqlarda az irəliləyiş olsa da, davam edir.

Qeyd edək ki, Putinlə Uitkoff arasında görüş dekabrın 2-dən 3-nə keçən gecə Kremldə baş tutub. Danışıqlar beş saata yaxın davam edib.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью