Umerov Uitkoffla görüşəcək

07.05.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffla görüşmək üçün Mayamiyə yola düşüb.

Bakıvaxtı.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin bildirib.

"Bəli, yola düşüb və artıq Ukrayna Prezidenti Volodimir Zelenskiyə məruzə edilib, tezliklə bu barədə məlumat olacaq", – D.Litvin qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью