Umerov: Ukrayna nümayəndə heyəti Əbu Dabiyə yola düşüb

09.11.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Ukrayna nümayəndə heyəti Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin üçtərəfli görüşündə iştirak etmək üçün Əbu-Dabiyə yola düşüb.

Moderator.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov bildirib.

Görüş noyabrın 10-11-də keçiriləcək.

Umerov qeyd edib ki, Avropa dövlətlərinin, xüsusilə Britaniya, Fransa, Almaniya və İtaliyanın nümayəndələri, eləcə də NATO və Avropa Komissiyasının təmsilçiləri də həmin günlərdə Əbu-Dabidə olacaq. Ukrayna tərəfi onlarla ayrı-ayrılıqda görüşlər keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью