Umerovdan Əbu Dabi danışıqları ilə bağlı açıqlama

04.02.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə yönəlib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov deyib.

O qeyd edib ki, Ukrayna nümayəndə heyətinin tərkibində onunla birgə Kirill Budanov, David Araxamiya, Sergey Kislitsa, Andrey Qnatov, Vadim Skibitski və Aleksandr Bevz işləyiblər.

ABŞ tərəfdən məsləhətləşmələrdə Stiv Uitkoff, Cared Kuşner, Coş Qruenbaum, həmçinin Deniel Driskoll və general Aleks Qrinkeviç iştirak ediblər. Rusiya tərəfi yüksək hərbi səviyyədə təmsil olunub.

Umerov qeyd edib ki, işin yekunlarına əsasən, Ukrayna Prezidenti Vladimir Zelenski üçün məruzə hazırlanır.

Xatırladaq ki, bu gün BƏƏ paytaxtında Ukrayna, Rusiya və ABŞ-nin texniki qruplarının danışıqlarının 2-ci raundunun birinci günü keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью