Umerovdan müəmmalı addım: Bu paylaşımı sildi

30.11.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Rüstəm Umerov sosial şəbəkə hesabından ABŞ-da keçirilən görüşün başlanması ilə bağlı paylaşımını silib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşrinin məlumat yayıb.

Silinmiş paylaşımda Umerov Ukrayna nümayəndə heyətinin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff, dövlət katibi Marko Rubio və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşə başladığını bildirmişdi. Jurnalistlər həmin paylaşımın skrinşotunu yayıblar.

Umerov yazıda qeyd edib ki, tərəflər ABŞ-da “ləyaqətli sülh”ə nail olmaq üçün praktiki addımları müzakirə edirlər.

“Aydın direktivlər və prioritetlər mövcuddur – Ukraynanın maraqlarını qorumaq, əsaslı dialoq aparmaq və Cenevrədə əldə olunmuş nəticələr əsasında irəliləmək”.

O həmçinin bildirib ki, proseslə bağlı Ukrayna prezidenti Vladimir Zelenski ilə daimi əlaqədədir.

Tahir Turan
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью