“Ümid edirəm ki, azarkeşləri yaxşı oyunumla sevindirərəm” Elvin Camalov İdmanXəbər | Icma.…
Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Əlbəttə, “Neftçi” kimi tarixi zəngin olan böyük klubda olmaq çox böyük hissdir. Təbii ki, çox həyəcanlıdır.
İnşallah, çox ümid edirəm ki, bu həyəcanı yenib komanda üçün faydalı olacağam”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin yeni transferi Elvin Camalov deyib.
O, daha sonra belə davam edib: “Ümid edir və inanıram ki, “Neftçi” daha da yuxarılarda olacaq və bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.
Daha yaxşı nəticələr qazanmaqda mən də pay sahibi olmaq üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm.
Hər bir futbolçunun arzusu olduğu kimi, mən də buna nail olduğum üçün sevincliyəm.
Burada olmaq böyük bir sevinc olduğu kimi, böyük bir məsuliyyət də tələb edir.
Tam oxu
Xəbəri oxu