Ümid edirəm ki, birlikdə daha çox çempionluqlar qazanacağıq

30.12.2024

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Zamiq Əliyev formasını geydiyi “Eqnatiya”nın heyətində ilk titulunu qazanıb.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi məxsus olduğu klubun heyətində Albaniya superkubokunun sahibi oldu. Belə ki, onun komandası həlledici görüşdə "Kukesi"ni 2:0 məğlub edərək kuboku əldə edib. Bununla bağlı Əliyev instaqram səhifəsində paylaşım edərək belə yazıb:

"Əla komanda işi! Ümid edirəm ki, birlikdə daha çox çempionluqlar qazanacağıq. Bizi hər zaman dəstəkləyən azarkeşlərimizə təşəkkür edirik".


Qeyd edək ki, 23 yaşlı futbolçu 2024-cü il iyulun 1-də "Eqnatiya"ya keçib və 2027-ci il iyunun 30-na qədər Albaniya klubuna məxsusdu.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью