Ümid edirəm ki, bundan sonra daha yaxşı çıxış edəcəyik

05.04.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XXIX turunda keçirilən "Səbail" – "Turan Tovuz" (0:0) matçından sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Yaxşı başa düşürük ki, bu gün 2 xal itirdik. İlk hissədə ehtiyatlı oynadıq. İkinci yarıda nisbətən yaxşı oynadıq, amma qol çatışmadı.

– Son 5 oyunda 2 xal toplamısız. Avrokuboklara yollanmaq nə dərəcədə realdır?

– Razıyam. Amma futbolçularla danışıqlar gedir. Ümid edirəm ki, bundan sonra daha yaxşı çıxış edəcəyik.

– Tural Bayramlınl deyəsən ümumiyyətlə heyətdən silmisiz…

– Xeyr, sadəcə həmin mövqedə rəqabət güclüdür.

– Oyundan sonra Veysəl Rzayevlə azarkeşlər arasında baş verən insident nəyə görə oldu?

– Məlumatım yoxdur.

– Anton Kraçkovskini niyə oyunlarda görmürük?

– Sırf bugünkü oyunda xəstə idi.

– Bundan əvvəlki oyunlarda da onu görmürdük. Bir səbəbi var?

– Bu, elə bir mövqedi ki, rəqabət güclüdür. Həm də legioner olması təsir edir?

– Qış transferində edilən transferlər effektiv görünmür. Bunun məsuliyyətini kim daşıyır?

-Deməzdim ki, uğursuz transferlərsir. Məsələn, Hurtado ilə Jorlaem uğurlu transferlərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью