Ümid edirəm ki, dayım həbs olunacaq Xameneinin bacısı oğlu

23.01.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

İranın ali rəhbəri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani “Euronews” kanalına müsahibəsində deyib ki, Xamenei etirazlara baxmayaraq hakimiyyətdən getməyəcək.

Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Telqram kanalı məlumat yayıb.

Onun sözlərinə görə, Xamenei “son damla qanına qədər” müqavimət göstərəcək.

Siyasi mühacir bildirib ki, İranda davam edən basqılar etirazlara son qoymayacaq. Onun fikrincə, dayısının bir gün həbs olunaraq mühakimə ediləcəyinə ümid etsə də, Xameneinin könüllü şəkildə istefa verəcəyinə inanmır.

Xameneini diktatorlarla müqayisə edən Muradxani əlavə edib ki, bu tip liderlər son ana qədər hakimiyyətdə qalmağa çalışır və geri çəkilmirlər.

Qeyd edək ki, 1986-cı ildən Fransada mühacirətdə yaşayan Muradxani Fransanın şimalında, Lill şəhəri yaxınlığında fəaliyyət göstərən 62 yaşlı otolarinqoloq həkimdir. O, uzun illərdir İran rejiminin açıq müxalifi kimi tanınır. Muradxani 22 yaşında İrandan İraq vasitəsilə qaçdığını, daha sonra Fransaya yerləşdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью