“Ümid edirəm ki, gələn dəfə bunu edə biləcəyəm” Papa çıxışını başa vura bilmədi

12.02.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransisk çərşənbə günü keçirdiyi ümumi auditoriya iclasındakı çıxışını tamamlaya bilməyib.

“AzPolitika” xəbər verir ki, səhhətində yaranmış problem səbəbindən danışmaqda çətinlik çəkən Papa növbəti iclasda danışa biləcəyinə ümid etdiyini deyib.

“Ümid edirəm ki, gələn dəfə bunu edə biləcəyəm”, - o, çıxışını yekunlaşdırıb.

Qeyd edək ki, 88 yaşlı Papa Fransisk bronxit səbəbiylə keçən həftədən bəzi səfərlərini ya təxirə salıb, ya da məhdudlaşdırıb. Fevralın 9-u bazar günü keçirilən ayin zamanı Papanın yorğun olduğu və çətinlik çəkdiyi müşahidə edilib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью