“Ümid edirəm ki, İranı bir daha dağıtmaq məcburiyyətində qalmayacağıq” Tramp

11.11.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ölkəsinin bir daha İran ərazisinə zərbələr endirmək məcburiyyətində qalmayacağına ümid etdiyini bildirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Veteranlar Günü münasibətilə Arlinqton Milli Qəbiristanlığında keçirilən mərasimdə çıxışı zamanı danışıb.

Tramp bildirib ki, müharibəni ABŞ başlamayıb və İran 1979-cu ildən bəri Birləşmiş Ştatlara qarşı müharibə aparır:

“Biz cavab verdik, özü də çox ciddi cavab verdik və qalib gəldik. İndi yalnız bunu nə vaxt başa çatdırmaq istədiyimiz məsələsi qalıb. Biz 93 faizlik deyil, tam qələbə qazanmaq istəyirik. Bu qələbə tam olacaq”.

Tramp, həmçinin Amerika ordusunun bir daha İranı dağıtmaq məcburiyyətində qalmayacağına ümid etdiyini söyləyib.

Qeyd edək ki, bundan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ABŞ Tehranın sülh sazişi üçün irəli sürdüyü yeddi şərti yerinə yetirməyənədək Hörmüz boğazının açılmayacağını bəyan edib. Rezai ABŞ-nin vitse-prezidenti Cey Di Venslə görüş keçirməyi planlaşdırdığına dair məlumatları da təkzib edərək onları “tamamilə yalan və əsassız” adlandırıb.

Xatırladaq ki, Tramp daha əvvəl İranın ABŞ ilə razılaşma əldə etmək istədiyini bildirmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью