Ümid edirəm ki, Putinin razılığını alacağıq Kuşner

12.11.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ nümayəndə heyətinin Moskvaya səfərinin məqsədi Rusiya Prezidenti Vladimir Putinlə növbəti danışıqların tarixini razılaşdırmaqdır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin kürəkəni Cared Kuşner Əbu-Dabidə ötən gün keçirilən danışıqları şərh edərkən deyib.

Kuşner bildirib ki, Avropa ölkələrinin danışıqlarda iştirakı vacibdir. Onun sözlərinə görə, Vaşinqton bu məsələni dəfələrlə Putin və onun komandası ilə müzakirə edib və Rusiyanın buna razılıq verməyə hazır olduğunu düşünür.

Kuşner ümid etdiyini bildirib ki, o və ABŞ nümayəndəsi Stiv Uitkoff Moskvada keçiriləcək görüş zamanı Putinin razılığını əldə edə biləcəklər. Onun fikrincə, bu razılıq mühüm məsələlər üzrə daha böyük irəliləyişə imkan yarada bilər.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью