Ümid edirik ki, bu gün razılığa gələcəyik Umerov

15.12.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Günün sonuna kimi bizi sülhə yaxınlaşdıracaq razılığa gələcəyimizə ümid edirik.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Berlindəki danışıqları şərh edərkən X hesabında yazıb.

Umerov bildirib ki, Stiv Uitkoff və Cared Kuşnerin rəhbərlik etdiyi ABŞ nümayəndələri son dərəcə konstruktiv fəaliyyət göstərir.

Qeyd edək ki, bu gün Berlində ABŞ və Ukrayna arasında danışıqlar keçirilib. Danışıqlar 2 saata yaxın davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью