Ümid edirik ki, Ermənistandakı seçkilər... Türkiyə XİN

08.06.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ümid edirik ki, Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasına şərait yaradılacaq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XIN) bəyanatında bildirilib.

XİN bəyan edib ki, Türkiyə Cənubi Qafqaz ölkələrinin ümumi maraqları əsasında regionda sabitliyin təmin olunması prosesini dəstəkləməyə davam edəcək.

Qeyd edək ki, ən son məlumata görə, Ermənistan parlamentindəki 105 yerdən Nikol Paşinyanın partiyası (Mülki Müqavilə) 64, Samvel Karapetyanın partiyası (Güclü Ermənistan) 29, Robert Köçəryanın bloku (“Ermənistan”) isə 12 mandat əldə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью