Ümid edirik ki, Paşinyan MDB liderlərinin qeyrirəsmi görüşündə iştirak edəcək

16.12.2024

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Rusiya tərəfi ümid edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək”.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat yayıb.

“Ümid edirik ki, dəvət etdiyimiz hər kəs, o cümlədən Nikol Paşinyan da orada iştirak edəcək”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da Paşinyanın Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcəyini açıqlayıb. 

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью