Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Ukrayna Səudiyyə Ərəbistanında keçirilən görüşdə Tramp administrasiyası tərəfindən irəli sürülən atəşkəsin təmin edilməsi və Rusiya ilə müharibəyə son qoyulması üçün irəliyə doğru bir addım olan razılaşmanı qəbul edib”.
Modern.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Marko Rubio deyib.
“Biz bu təklifi indi ruslara çatdıracağıq və ümid edirik ki, onlar təsdiq cavabı verəcəklər”, - deyə ABŞ rəsmisi bildirib.
O, müqavilənin təfərrüatını açıqlamayıb.