sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Oman U-23 yığması ilə ikinci yoxlama oyununda üz-üzə gələcək. Sport24.az xəbər verir ki, ümid yığması eyni rəqiblə növbəti dəfə Masazırdakı "Bank Respublika Arena" qarşılaşacaq.
Görüş saat 17:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında noyabrın 14-də baş tutan görüş Rəşad Eyubovun baş məşqçisi olduğu komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Niyazı Osmanov dublla yadda qalıb.