Ümid millimiz qrupun autsayderini qəbul edir

06.10.2026

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, ümid millisinin rəqibi  Cəbəllütariq yığması olacaq.

Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq görüşün start fiti saat 17:45-də səslənəcək.

Tərəflər arasında "Europa Point Stadium" keçirilən matç Rəşad Eyubovun yetirmələrinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 7 turdan sonra aktivində 7 xal olan U-21 turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Lider 19 xalla Portuqaliyadır. Çexiya 14 xalla ikinci, Şotlandiya və Bolqarıstan 11 xalla müvafiq olaraq 4-cü və 5-ci pillələri bölüşürlər. Hesabında xal olmayan Cəbəllütariq turnir cədvəlinin sonuncu pilləsində yer alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью