Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Usti nad Labem (Çexiya) şəhəri yaxınlığında yerləşən, yararsız vəziyyətdəki Prjedlitse qəsəbəsinin küçələrində zibil yığılır, yaxınlıqdakı kimya zavodundan çıxan qazlar isə qalın buludlar kimi ərazini bürüyür.
Ancaq bu üfunətli havaya bir başqa qoxu da qarışır: burada özlərini alman kişilərinə cəmi 10 avroya satan gənc fahişələrin ucuz ətirlərinin şirinməzə qoxusu.
Qaynarinfo xəbər verir ki, bunu Almaniyanın nüfuzlu "Bild" qəzeti yazıb.
"Bu ümidsizliyin qoxusudur - Almaniyanın Saksoniya əyalətindən cəmi 15 kilometr aralıda.
Hətta yerli qaraçılar da bu ərazini "getto" adlandırır və sistemli ayrı-seçkilik və marginallaşdırmadan əziyyət çəkirlər.
Burada qadınlar, gənc qızlar və hətta uşaqlar sözün əsl mənasında fahişəlik etməklə dolanırlar.
Bu "biznesə” yaxınlıqdakı şosse və həyət, qaraj kimi gizli yerlər şərait yaradır.