Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Futbol üzrə Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq üzvü Ümit Karan həbs olunub.
Oxu.Az bu barədə "Haber Global"a istinadən məlumat verir.
Qeyd olunub ki, Ü.Karan 2015-ci ildə baş verən insidentlə bağlı ona verilən 1 il 8 aylıq həbs cəzasının Ali Məhkəmə tərəfindən təsdiq edilməsindən sonra həbsxanaya göndərilib.
Ü.Karan yaşadığı binada çalışan qadına sataşmaqda və cinsi təcavüzdə günahlandırılıb.