Ümit Karan Okan Buruku sərt tənqid etdi

20.09.2026

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə millisinin və "Qalatasaray"ın keçmiş futbolçusu Ümit Karan, Super Liqanın 6-cı turunda "Trabzonspor"a ağır məğlubiyyətə görə "Qalatasaray"ın baş məşqçisi olan Okan Buruku sərt tənqid edib. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə "SporOn" portalına danışıb:

"Kimsə mənə "heyət planlaması"nın nə olduğunu izah etsin! Dostum, Sinqo üçün 30 milyon ödəmisiniz – bəs o haradadır? Batrakovu ulduz oyunçu kimi transfer etdiniz, amma onu meydana buraxmırsınız. Biz mərkəz müdafiəçisi transfer etdik, ya yox? Həmin mərkəz müdafiəçisi haradadır?".

Qeyd edək ki, ötən gün baş tutan "Trabzonspor" - "Qalatasaray" matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью