Ümit Özdağın işi məhkəməyə göndərildi

21.01.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Prezidenti təhqir etmək” və “ictimaiyyəti kin və düşmənçiliyə sövq etmək” ittihamları ilə barəsində başladılan istintaq çərçivəsində saxlanılan Zəfər Partiyasının sədri Ümit Özdağın işi məhkəməyə göndərilib. 

"Unikal" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. 

Qeyd edək ki, Özdağ İstanbul Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində Ankarada saxlanılıb. O, polis bölməsində dindirildikdən sonra ədliyyəyə göndərilib.

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью