Umud Mirzəyevin 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilir YENİLƏNİR/FOTOLAR

30.01.2026

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Bakıda görkəmli şair-publisist, ictimai xadim, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu Mirzəyevin 65 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilir.

SİA xəbər verir ki, tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, media təmsilçiləri, ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edirlər.

Yubiley mərasimində Umud Mirzəyevin çoxillik yaradıcılıq fəaliyyəti, Azərbaycan mətbuatının və ictimai fikir mühitinin inkişafına verdiyi töhfələrdən bəhs olunur, onun ictimai və mədəni xidmətləri yüksək qiymətləndirilir.

Tədbirin açılışını Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью