Umudluya yeni təyinat

14.03.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Umudlu 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit raundunun 3-cü qrupunda keçiriləcək oyunları idarə edəcək. O, martın 19-da Niderland – Xorvatiya, 25-də Çexiya – Niderland matçlarının baş hakimi olacaq. FIFA referisi martın 22-də Çexiya – Xorvatiya qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Namik Hüseynov isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları Çexiyada təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью