Ümumdünya Boks Assosiasiyasının qızıl kəmərini qazanmış idmançı 35 yaşında vəfat edib

28.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

90,71 kq çəki dərəcəsində Ümumdünya Boks Assosiasiyasının (WBA Gold) qızıl kəmərini qazanmış puerto-rikolu idmançı Pol Bamba 35 yaşında vəfat edib.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, bu barədə idmançının meneceri Şaffer Smit bildirib.

Qızıl kəməri qazandıqdan bir həftə sonra həyatını itirən boksçunun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, P.Bamba dekabrın 21-də meksikalı Rohelio Medina Lunaya qarşı döyüşün 6-cı raundunda texniki nokautla qalib gələrək WBA-nın qızıl kəmərini qazanmışdı.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью