Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millisi Çexiyanı məğlub edib

25.09.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.

Fanat.Az xəbər verir ki, qadınlardan ibarət komanda IX turda Çexiyanı 4:0 hesabı ilə üstələyib.

Kişi şahmatçılar isə Ermənistandan olan rəqiblərinə uduzublar - 1,5:2,5.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью