Ümumdünya Şahmat Olimpiadasında 6 cı tur

21.09.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında 6-cı turun partiyaları oynanılır. 

Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov Olimpiadanın 6-cı turunda qadınların yarışında keçirilən Azərbaycan - Qazaxıstan matçında ilk gedişi edərək yarışa start verib.

Federasiyadan verilən məlumata görə,  6-cı turda kişilərdən ibarət Azərbaycan millisi Argentinayla, qadın şahmatçıların yığması isə Qazaxıstanla mübarizə aparır. 

Qeyd edək ki, kişilərdən ibarət yığma 8 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Qadınlardan ibarət komanda isə 10 xalla 4-cü sıradadır.

Qabil YUSİFOĞLU
XQ 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью