Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçirib.
Kişilərdən ibarət komandamız VII turda Yunanıstanla üz-üzə gəlib. Şahmatçılarımız 3,5:0,5 hesabı ilə qələbə qazanıb.
Qadın şahmatçılarımız isə Ermənistandan olan rəqiblərinə 1,5:2,5 heasbı ilə məğlub olublar.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.
Qabil YUSİFOĞLU
XQ