Ümumdünya Səhiyyə Təşkilatı Nipah virusu səbəbindən pandemiyanın baş verə biləcəyi barədə xəbərdarlıq edib

26.01.2026

Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatı Nipah virusu səbəbindən pandemiyanın baş verə biləcəyi barədə xəbərdarlıq edib

Oxuməni.az "İzvestiya"ya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nipah (NiV) virusunun səbəb ola biləcəyi pandemiyanın ehtimalını istisna etmir.

Virus ilk dəfə 1999-cu ildə Malayziyada, Nipah çayı sahilində yaşayan donuzçuluqla məşğul olan fermerlər arasında aşkar edilib və xəstəlik də adını buradan alıb. Bundan sonra Cənubi Asiyada daha 12 xəstəlik ocağı qeydə alınıb.

NiV-dən ölüm halları 40-75% təşkil edə bilər, virus çox sürətlə yayılır. Xəstəlik həm asimptomatik, həm də ölümcül ensefalitə səbəb ola bilər. "The Guardian"ın məlumatına görə, hələlik onun üçün dərman icad edilməyib.

Virusun təbii daşıyıcıları Cənubi Çin, Cənub-Şərqi Asiya, Yeni Qvineya və Avstraliyada geniş yayılmış meyvəyeyən yarasa növləridir. Virus Afrikada yaşayan yarasalarda da aşkar edilib. Lakin heyvanların özləri xəstələnmir.

Alimlərin müəyyən etdiyinə görə, insanların yoluxması xəstə donuzlarla təmasdan, həmçinin yoluxmuş yarasaların ifrazatları ilə çirklənmiş meyvələrin (ilk növbədə xurma, təzə xurma şirəsi) istehlakı nəticəsində baş verib.

NiV-in profilaktikası üçün ÜST yarasaların xurma ağaclarına və digər təzə qida məhsullarına girişini məhdudlaşdırmağı tövsiyə edir. Təzə yığılmış xurma şirəsi qaynadılmalı, meyvələr isə istehlakdan əvvəl yuyulmalı və qabığı soyulmalıdır.

Virusun insandan insana ötürülmə riskini azaltmaq üçün ÜST NiV ilə yoluxmuş insanlarla fiziki təmasdan çəkinməyi, əlləri müntəzəm olaraq yumağı və fərdi qoruyucu vasitələrdən istifadə etməyi tövsiyə edir.

Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью