Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, insanın həyatının istənilən mərhələsində tütün və tütün məhsullarının istifadəsi sonsuzluğa səbəb ola bilər. ÜST 2000-2026-cı illəri əhatə edən yenilənmiş hesabatını dərc edib və tütün istifadəsinin qadın və kişilərin reproduktiv sağlamlığına təsirini araşdırıb.
Hesabatla bağlı mətbuat açıqlaması "Tütün istifadə etmək uşaq sahibi olmaq şansınızı azalda bilər" başlığı ilə verilib. Hesabatda tütün istifadə edən qadınların tütün istifadə etməyənlərə nisbətən sonsuzluq riski 40 faiz daha yüksək ola biləcəyi və passiv siqaret çəkməyin də məhsuldarlığa təsir göstərə biləcəyi və bu riskin siqaret çəkməyənlərə də aid olduğu bildirilir. Həmçinin siqareti tərgitməyin bu zərərləri azaltmağa kömək edə biləcəyi, keçmişdə siqaret çəkən qadınların hazırkı siqaret çəkənlərə nisbətən sonsuzluq riskinin 25 faiz daha aşağı olduğu vurğulanır.
Eləcə də hesabatda qeyd olunur ki, siqaret çəkən kişilər cinsi funksiya ilə bağlı daha çox problem yaşaya bilərlər və siqaret çəkməyin sonsuzluq müalicəsinin uğur nisbətini azalda biləcəyi vurğulanır.
Hesabatda həmçinin elektron siqaretlərin, tüstüsüz tütünün, qəlyanın və digər tütün məhsullarının insan sağlamlığına təsiri ilə bağlı daha çox elmi tədqiqatların aparılmasına ehtiyac olduğuna diqqət çəkilir.
M.MİRZƏ
XQ